Menu

"Türkiyə ilə saziş üzərində işləyirik” - Stoltenberq

28.06.2022, 00:11
"Türkiyə ilə saziş üzərində işləyirik” - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib. Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib:

“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, - Stoltenberq bildirib.

İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.

“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, - deyə o, vurğulayıb. (Mənbə: Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol