Menu

Rusiya Belorus ərazisində hərbi iştirakını artırır

28.06.2022, 00:49
Rusiya Belorus  ərazisində hərbi iştirakını artırır

Rusiyalılar həm də Belorus ərazisində operativ-taktiki aviasiyanın sayını artırmağı planlayırlar.

Qomel vilayətində (Belorus) idarə və təşkilatların rəhbərliyi Rusiya Federasiyası Silahlı Qüvvələriə aid bölmələrinin geri qaytarılması ehtimalı barədə xəbərdar ediliblər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) xəbərində deyilir.

BKİ-nin məlumatına görə, rusiyalılar eyni vaxtda Belorus ərazisində operativ-taktiki aviasiyanın sayını artırmağı planlayırlar.

“Bunun üçün 10 təyyarənin Baranoviçi aerodromuna uçması planlaşdırılıb” - kəşfiyyat məlumatında qeyd edilir.

BKİ-nin məlumatına görə, iyunun 22-dən Qolmel vilayəti ərazisində səfərbərlik təlimi də davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol