Menu

"ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir" - Bayden

29.06.2022, 14:02
"ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir" - Bayden

"ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə bildirib.

O deyib ki, NATO bütün istiqamətlərdən – havadan, qurudan və dənizdən təhlükələrin qarşısını almağa hazır olmalıdır.

C.Bayden ABŞ-ın Avropaya daha iki F-35 qırıcı eskadrilyası göndərəcəyini də bəyan edib.

Xatırladaq ki, ABŞ Prezidentinin çıxışı NATO-nun saytına canlı yayımlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol