“PUTİN DOĞRUDAN DA XƏSTƏDİR, AMMA...” - Zelenskidən açıqlama

“Rusiya Federasiyası prezidenti Vladimir Putin doğrudan da xəstədir, amma onun xəstəliyi bu barədə yayılan informasiyalarda qeyd edilənlərdən daha ağırdır. Mən bilmirəm Putinlə bağlı nə baş verir. Hesab edirəm ki, onların böyük xəstəliyi var və bu, sizin dediyiniz xəstəlikdən daha mürəkkəbdir. Bu xəstəlik bizim xalqımıza münasibətlə bağlıdır. Bu xəstəlik bizim torpaqlarda törətdikləri işğalla, işgəncələrlə əlaqədardır”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın NBC kanalına müsahibəsində söyləyib.

Zelenski qeyd edib ki, Rusiyada Ukraynaya qarşı təcavüz, işğalçılıq, qəddarlıq və s. xəstəliklərə tutulan təkcə Putin deyil: “Təəssüf ki, bu, bir nəfərin məsələsi deyil. Putinin ətrafındakı bir çox adamlar xəstədir – yüksək ambisiyalar, beynəlxalq hüququ anlamamaq, ona və insanların həyatına hörmət etməmək. Onlar üçün bütün bunlar heçnədir. Bu xəstəlik bizim dövlətimiz üçün təhlükəlidir. Məhz bu xəstəlik Ukrayna üçün təhlükəlidir, qalan deyilənlər isə dedi-qodudur...”

Cəlal

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar