Rusiyalı senator Vladimir Cabarov bəyan edib ki, Litva üzərindən sanksiya altındakı malların Kalininqrada tranzitinin qadağan edilməsi Vilnüs üçün Rusiya ilə silahlı münaqişəyə səbəb ola bilər.
Bu barədə o, «RF ilə birlikdə» telekanalına müsahibəsində bəyan edib («İnterfaks»).
“Əgər Kalininqradın blokadası baş verərsə, o zaman iş silahlı münaqişəyə çata bilər. Və həqiqəti açıq demək lazımdır - Rusiya Konstitusiyasının 4-cü maddəsinə əsasən, Rusiya dövləti ərazisini müdafiə etməyə və öz təhlükəsizliyini təmin etməyə borcludur. Əgər biz, hiss etsək ki, bu təhlükəsizlik pozulur və situasiya bizi ərazini itirməklə hədələyir, o zaman əlbəttə, biz, hər cür tədbirə əl atacağıq və bizi heç nə dayandırmayacaq” - məmur təsdiqləyir.
Cabarov hesab edir ki, Litva Prezidenti Nausedaya bunu «populyar şəkildə izah ediblər», buna görə də onun mövqeyi «yumşalıb» və malların tranzitinin açılması barədə danışıqlar gedir.
Bundan əvvəl xəbər verilmişdi ki, Litva iyunun 19-dan sanksiya altında olan yüklərin Kalininqrad vilayətinə və Rusiyanın əsas ərazilərinə tranzitini dayandırır. Bunun ardınca Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bəyan edib ki, Litvanın tranziti qadağan etmək barədə qərarı bölgənin iqtisadi cəhətdən boğulmasıdır. Əlixanovun sözlərinə görə, hakimiyyət qərara yenidən baxılmasına nail olmağa çalışacaq.
AzPolitika.info


Şərhlər