Hindistan G20 sammitini 2023-cü ildə birlik ərazisində - Cammu və Kəşmirdə keçirməyi planlaşdırır.
“Bigasia.ru”un xəbərinə görə, gələn il ilk dəfə “Böyük İyirmilik” (G20) sammitinə ev sahibliyi edəcək Hindistan, Şimali birlik ərazisi olan Cammu və Kəşmirdə qrup liderlərinin görüşünü keçirəcək. Bu barədə bu birlik ərazisinin səlahiyyətliləri məlumat verib.
Cammu və Kəşmir administrasiyası 2023-cü ildə mötəbər tədbirin keçirilməsi ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi ilə koordinasiya etmək üçün xüsusi komitə yaradıb. Cammu və Kəşmirin 2-ci və hazırkı leytenant qubernatoru Manoj Sinha Cammu və Kəşmirin 2023-cü ildə G20 sammitinə ev sahibliyi etməsinin bir imtiyaz olduğunu söyləyib və administrasiyanın bunun möhtəşəm bir hadisə olması üçün hər cür səy göstərəcəyini deyib.
Hindistan Xarici İşlər Nazirliyinin məlumata görə, Yeni Dehli fevraldan başlayaraq, dekabrın 1-dən İndoneziyada təhvil alacağı və 2023-cü ilin noyabrın 30-dək davam edəcək G20-də sədrliyi ilə bağlı hazırlıqlara başlayıb. Onun kulminasiyası gələn il Hindistanda keçiriləcək G20 zirvə görüşü olacaq.
AzPolitika.info


Şərhlər