Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq barədə sazişin fəaliyyətini dayandırır

Latviya hakimiyyəti avqustun 1-dən etibarən Rusiya ilə iqtisadi əməkdaşlıq barədə sazişin fəaliyyətini dayandırmaq niyyətindədir. Bu barədə Latviya Resrublikası İqtisadiyyat Nazirliyindən bəyan ediblər («Delfi.Lv»).

Qeyd olunur ki, müqavilə iki ölkənin hökumətləri tərəfindən Moskvada 2006-cı ilin oktyabrında imzalanıb. Saziş iqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli iqtisadi münasibətlərin intensivləşdirilməsini, o cümlədən, investisiya, innovasiya, enegetik infrastruktur, sertifikatlaşdırma, standartlaşdırma və metrologiya, turizm və digər sahələri və iqtisadi xarakterli digər tədbirləri əhatə edir.

Latviya İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Rusiya tərəfindən Ukraynada aparılan müharibə səbəbilə, Riqa bundan sonra Moskva ilə bu saziş çərçivəsində işləməyi mümkün hesab etmir.

İndi idarənin hazırladığı sənədi hökumət dəstəkləməlidir. Bundan sonra Xarici İşlər Nazirliyi müqavilənin fəaliyyətinin dayandırılması barədə bəyanat hazırlamalı və onu Rusiyaya göndərməlidir. Sazişin avqustun əvvəlindən dayandırılması planlaşdırılır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar