Menu

Bakıda məşhur qiraətçini toyda bıçaqladılar - Reanimasiyada vəziyyəti ağırdır + FOTO

02.07.2022, 12:16
Bakıda məşhur qiraətçini toyda bıçaqladılar - Reanimasiyada vəziyyəti ağırdır + FOTO

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə saat öncə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı Milli.Az-a danışıb: "Elə gecə toydan çıxdıq, toy qurtarmışdı, heç kim yox idi. Biri gəldi nəsə təhqiramiz söz dedi, atam dedi ki, "Cavansınız, gedin işinizlə məşğul olun. Ayıbdır axı, adam böyüklə belə danışmaz".

Bu məqamda bir nəfər böyürdən çıxdı, mən də bizim ansamblla bir yerdə atamın yanındayam. Yaxınlaşıb dedi "Deşərəm". Mən dedim "Sən kimi deşirsən, nə danışırsan sən? Bir az mədəniyyətin olsun". Heç demədim ki, dədəmdir. Elə ondan sonra hücum etdi, yumruq atdı mənə, bu məqamda əlbəyaxa olduq. Sonra ürəyimə bıçaqla zərbə endirmək istədi, mənə dəymədi.

Atamı isə 5-6 dəfə bıçaqla vurdu. Zərbənin iki-üçü belindən dəydi, qaraciyərini, digər orqanlarını deşib. Atam gecə 4 saat əməliyyatda olub. 1 saat, saat yarım olar ki, əməliyyatdan çıxıb. İndi atamı reanimasiyaya yerləşdiriblər. Həkimlər atamın səhhətinin orta-ağır olduğunu deyirlər.

Qeyd edək ki, Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Hadisə bir neçə saat öncə "Altun" restoranında baş verib. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Şərhlər

dadaşyev 2022-07-03 10:19:32

Toylarda içib şirə-pələngə dönənlərə fikir verin,görəcəksiniz ki,həyatda ən bacarıqsız,ən uğursuz adamlardı."Qəhrəmanlıq" üçün,nə yolla olur-olsun fərqlənə bilmək üçün yanıb yaxılan cahildi,istəyir görsünlər ki həyatda bu da var,bu da yaşayır.Sabir demiş,”Nə hünər var, nə elmimiz,nə də ki dövlətü-mal”.Onlardandı yəni.Cavanlıq da ötüb keçməkdə,adam kimi yaşamır deyə gözaltısı da heç salamını almaq istəmir artıq,odur ki camaatın bir yerə toplandığı toyxanadakı oyun meydanını biriləriylə qurşaq tutub güləşmək üçün fürsət bilir,oranı ər meydanı hesab edir.Gözaltısı da oralardadı axı.İyirmi birinci əsrin Burla xatunu.Birisini bıçaqlayarsa,yumruqla vurub dişlərini qırarsa,stolu ikiəlli qaldırıb təpəsinə çırparsa “fərqləndiyi” üçün artıq gözaltısının üzünə dik baxa bilər.Artıq qəhrəmandı axı.Başqalarının edə bilmədiyini edib toyxanada,aləmi qarışdırıb,camaatın nəşəsini pozub,hamının yediyini içdiyini burnundan gətirib.Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş buğasının alnına bir yumruq vurub axı,sonra da buynuzlarından tutub güc gəlib yerə yıxıb.Sağ ol,xan Qazan! Yaşa,var ol,xan Qazan!Amma qanmır ki,gözaltısı elə o hadisə yerindəcə deyəcək ki,”Sən beləysənmiş balam,ay bərəkallah sənə.Ağzuva olsun qadam,ay bərəkallah sənə”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol