Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb

Qərb ölkələri Ukraynanı müasir döyüş sistemləri, o cümlədən uzaqmənzilli zenit-raket kompleksləri ilə təchiz etməlidir.

"Report" xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman "CNN Prima News"a müsahibəsində deyib.

Zeman Ukraynaya silah tədarükünün davam etdirilməsinin və bu ölkənin hərbi personalının Çexiya ərazisində təlim keçməsinin vacibliyini qeyd edib.

Çexiya lideri Ukraynadakı münaqişənin uzanacağını istisna etməyib.

Eyni zamanda, o bildirib ki, Qərb Rusiyaya qarşı sərt sanksiyalar siyasətini davam etdirməlidir, çünki, bu, Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına gətirib çıxaracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar