Menu

“Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb” - ÜST

04.07.2022, 00:10
“Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb” - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. Təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.

ÜST-ün məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faiz kişilərdir.

Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb. (Mənbə: Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol