Menu

Şabran prokuroru vəzifəsindən azad olundu

04.07.2022, 21:00
Şabran prokuroru vəzifəsindən azad olundu

Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb.

Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu prokurorluğun fəxri fərmanı ilə təltif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol