Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar elan edib.

"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Onlar iyulun 5-dən qüvvəyə minəcək. Sanksiyaların Minskin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməsinə cavab olaraq tətbiq edildiyi vurğulanır.

Qadağa Belarus və Böyük Britaniya arasında təxminən 60 milyon funt-sterlinq (təxminən 73 milyon ABŞ dolları) məbləğində idxal və ixracı əməliyyatlarını dayandəracaq.

Belarusa neft məhsulları, dəbdəbəli mallar, qabaqcıl texnologiyalar üçün komponentlərin satışına da sanksiyalar tətbiq olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar