Bakıda binanın lifti qırıldı: - Yaralılar var + VİDEO (Yenilənib)

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar