“AstraZeneca” xərçəngin müalicəsi üçün dərman hazırlayan şirkəti alıb

Böyük Britaniya-İsveç birgə müəssisəsi, koronavirus (COVID-19) pandemiyası ilə bağlı gündəmə gəlmiş əczaçılıq şirkəti “AstraZeneca” xərçəngin müalicəsi üçün dərman hazırlayan ABŞ şirkəti "TeneoTwo Inc”i alıb.

"Report“ bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sövdələşmənin dəyəri 1 270 milyon ABŞ dollarıdır. Bunun 100 milyon dolları ilkin mərhələdə, qalan hissəsi isə tədricən ödəniləcək. Satınalmanın lazımi icazələr alındıqdan sonra bu ilin III rübündə başa çatdırılması gözlənilir. Bununla da, “AstraZeneca” hematoloji xərçəng əleyhinə müalicə məhsullarını genişləndirməyi hədəfləyir.

Pandemiya dövründə mənfəətlərini əhəmiyyətli dərəcədə artıran iri əczaçılıq müəssisələrindən ABŞ-ın “Pfizer” şirkəti ötən il xərçəngə qarşı dərmanlar hazırlayan “Trillium Therapeutics” şirkətini 2,2 milyard dollara, mərkəzi ofisi Kaliforniyada yerləşən “Arena Pharmaceuticals” şirkətini isə 6,7 milyard dollara alıb. Bu ilin may ayında isə “Pfizer” miqren üçün dərmanlar hazırlayan ABŞ-ın “Biohaven Pharmaceutical Holding Company Ltd” şirkətini 11,6 milyard dollara almaqla bağlı razılığa gəldiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar