İsrailin Türkiyədəki Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib

Türkiyənin İstanbul şəhərində İsrailin Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib.

“Report” “NEWSru.co.il”ə istinadən xəbər verir ki, bunu İsrailin iqtisadiyyat naziri Orna Barbivay elan edib.

Onun sözlərinə görə, yaxın günlərdə yeni attaşe təyin olunacaq.

Bildirilib ki, 2019-cu ildə əvvəlki ticarət üzrə attaşenin səlahiyyət müddəti başa çatıb və praktik olaraq nümayəndəlik də fəaliyyətini dayandırmışdı.

“Nümayəndəliyin fəaliyyətini bərpası İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməsinə sadiqliyinin göstəricisidir”, - Orna Barbivay vurğulayıb.

Məlumata görə, yeni attaşenin ilk işi 13 illik fasilədən sonra iki ölkənin iştirakı ilə iqtisadiyyat konfransı təşkil etməkdir.

Qeyd edək ki, 2010-cu ildə ölkələr arasında siyasi münasibətlərin kəskin pisləşməsinə baxmayaraq, Türkiyə İsrailin vacib ticarət tərəfkeşidir. 2021-ci ildə onların arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bunun da 2 milyard dolları İsrailin ixracatının payına düşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar