Menu

Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Beynəlxalq Bankı"na 236 milyon dollar satıb

05.07.2022, 19:04
Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Beynəlxalq Bankı"na 236 milyon dollar satıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) 236 milyon ABŞ dolları satıb.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bu aadım Bankın sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, kredit təşkilatının sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə atılıb.

Satış AMB-nin xarici valyuta ehtiyatlarından istifadə etməklə baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol