Rusiyanın Asiya bazarlarında neft satışı kəskin azalıb - Çin və Hindistana daşınmalar aşağı düşüb

"Rusiyanın dəniz yolu ilə xam neft ixracı iyulun 1-dək olan 7 gün ərzində yenidən qalxdı. Ancaq Hindistana məsafəni azaltmaq üçün tankerlər Qara dəniz terminalına istiqamətləndirilsə də, Asiyaya daşınmalar azalmaqdadır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyində dərc olunan məqalədə bildirilir. Qeyd olunur ki, Rusiya limanlarından gələn ümumi xam neft axınının, Primorsk, Baltik limanından daşınmaların qısa müddət ərzində dayandırılması zamanı itirilmiş həcmin böyük hissəsini bərpa etmək mümkün olub. Yəni daşınan neft həcmi 23% artıb: "Buna baxmayaraq, Asiyaya gedən yüklər - Çin və Hindistanın Ukraynaya təcavüzünə cavab olaraq Rusiyanın ixracatını dəstəkləmək üçün daxil olduqları mühüm bazar - həm həftəlik, həm də aylıq orta hesabla 15%-dən çox azalıb".

Məqalədə bildirilir ki, ümumilikdə, Rusiyanın dəniz yolu ilə daşınmaları aprelin əvvəlindən bəri əldə edilən yüksəlişə uyğun olaraq gündə 3,67 milyon barel həcmə çatıb.

"Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından ibarət G7 qrupunun liderləri dörd ay əvvəl qoşunlarının Ukraynanı işğal etməsindən sonra Kremlə pul axınını azaltmaq üçün Rusiyanın neft ixracına qiymət həddi tətbiq edilməsi ideyasını müzakirə etməyə başladılar... Belə bir məhdudiyyətin necə tətbiq oluna biləcəyi və Prezident Vladimir Putinin ona necə reaksiya verəcəyi bardə suallar hələ də açıq qalır. Ancaq G7 ölkələri qiymətləri məhdudlaşdırma planlarına başlasalar belə, Rusiyanın dəniz yolu ilə xam neft ixracına dair həftəlik məlumatlar göstərir ki, onsuz da axınlar getdikcə aşağı düşməkdədir.

İyulun 1-dək olan dörd həftə ərzində tədarüklər gündə orta hesabla 3,46 milyon barel təşkil edib ki, bu da aprelin 15-dən bəri ən aşağı göstəricidir", -məqalədə vurğulanır.

"Bloomberg" qeyd edir ki, Çin və Hindistanın hakim olduğu bazarlarda Asiya ölkələri hələ də Rusiyadan göndərilən xam neftin yarısından çoxunu alırlar, lakin bu pay da getdikcə aşağı düşür: "Son dörd həftəlik dövrdə Asiyaya daşınmalar Rusiyanın ümumi dəniz ixracının 52%-ni təşkil edib. Bu rəqəmə Baltik və Qara dəniz limanlarından Süveyş kanalına gedən tankerlərin həcmi daxildir və aprelin 15-nə kimi bu göstərici 63% təşkil edirdi".

Analitik məqalədə daha sonra yazılır ki, Çinə tədarüklər son dörd həftədə gündə orta hesabla 887,000 barel, Hindistana isə gündə 641,000 barel təşkil edib. "Ancaq bu rəqəmlərin hər ikisinin artacağı gözlənilir. Rusiyanın Çin və Hindistandan başqa Asiya ölkələrinə göndərişi demək olar ki, yoxdur, nadir hallarda Sakit okean terminallarından Yaponiya və Cənubi Koreyaya yüklər gedir",- müəlliflər bildirirlər.

"Boloobberg" yazır ki, Rusiya artıq Avropanın şimalında neft-qaz bazarındakı payının demək olar ki, üçdə ikisini itirib. Nəzərə alsaq ki, Aİ-nin Rusiya neftinin idxalına qadağasının başlanmasına hələ beş ay var. Avropanın şimalında göndərilən həcm aprelin sonundan bəri gündə 400-450 min barel arasında sabitləşib. Bunun çoxu isə Hollandiyanın Rotterdam şəhərindəki saxlama çənlərinə gedir.

Məqalədə bildirilir ki, Rusiya xam neftinin Aralıq dənizinə nəqli isə Ukraynanın işğalından sonra artıb və dörd həftəlik orta hesabla gündə təxminən 750 min barel səviyyəsində qalıb: ""Lukoil"-in İtaliyanın Siciliya adasındakı ISAB zavodu Rusiya xam neftinin əsas alıcısıdır. Türkiyə də alışları artırmaqdadır. Aİ-nin dəniz yolu ilə daşınan Rusiya xam neftinə qadağası dekabrda qüvvəyə minəndə ISAB-ın nə edəcəyi bəlli deyil. O vaxta qədər isə Rusiya xammalının satın alınmasına heç bir qanuni maneə olmadığı və alternativin az olmasına görə, daşınmaların aşağı düşməsi ehtimalı çox azdır".

Təhlilçilər bildirirlər ki, Aralıq dənizində təsvir olunan mənzərə Bolqarıstandakı "Lukoil"a məxsus neft emalı zavoduna yüklərin artmasına görə Qara dənizdə də təkrarlanır: "Rumıniyaya daşımalar ilin əvvəlindən çox az dəyişsə də, Bolqarıstana gələn axınlar yanvar və fevralın əvvəlləri ilə müqayisədə iki dəfə yarım çoxdur. Bolqarıstan və Rumıniyaya edilən birgə tədarüklər aprelin ortalarından etibarən gündə orta hesabla 300 000 barelə yaxın olub. İyulun 1-nə qədər dörd həftəlik tədarüklərin orta göstəricisi isə beş həftədə ən aşağı hədd olub.

"Bloomberg" bildirir ki, Moskvanın ixrac rüsumundan əldə etdiyi gəlir iyulun 1-dək olan həftə ərzində xam neft axınından daha çox - 34 milyon dollar və ya 27% artaraq 162 milyon dollara çatıb.

"İyulda xam neft tədarükləri Kremlə hər ton başına 55,20 dollar (1 barel üçün təxminən 7,53 dollar) qazandıracaq. Bu, aprel ayından bəri Rusiya hökuməti tərəfindən tutulan ən yüksək rüsum dərəcəsidir ki, o da mayın və iyunun ortaları arasında "Urals" qiymətlərinin əvvəlki ayla müqayisədə artımını göstərir", - məqalədə qeyd olunur.

Müəlliflər bildirirlər ki, ixrac rüsumunun daxilolmaları da dörd həftənin ən yüksək səviyyəsinə çatıb: "Gəmi izləmə məlumatları və liman agenti hesabatları göstərir ki, iyulun 1-dək olan həftə ərzində ümumilikdə 34 tanker ölkənin ixrac terminallarından 25,7 milyon barel neft yükləyib. Rusiyanın əsas çıxışı olan Baltikyanı terminallardan "Urals" xam neftinin axınları iyulun 1-ə kimi bir həftə ərzində yenidən artıb. Eyni zamanda Murmanskdakı Arktika terminalından daşınmaların sayı da artıb. Rusiyanın Sakit okean limanlarından axınlar stabil qalsa da, Qara dənizdəki Novorossiysk limanından daha az gəmi yola düşüb".

"Bloomberg" bildirir ki, Primorsk və Ust-Luqadakı Baltik terminallarından yüklənən gəmilərdə xam neftin ümumi həcmi iyulun 1-dək olan həftə ərzində bərpa olunub, həm Primorsk, həm də Ust-Luqanı tərk edən tankerlərin sayı əvvəlki həftəyə nisbətən artıb: "Baltikyanı terminallarda yüklənən və Şimali Avropada təyinat yerlərini göstərən tankerlərin həcmi martın 11-dən bəri ən yüksək səviyyəyə çatıb. Aralıq dənizinə daşınmalar isə fevralın ortalarından bəri ən aşağı səviyyəyə düşüb. Baltikdən Asiyaya daşınmalar gündə 520.000 barel səviyyəsində qalıb, lakin hələlik son təyinat yerini göstərməyən böyük həcmli gəmilər bu rəqəmin artacağını göstərir. Altı tanker Qara dənizdəki Novorossiyskdə iyulun 1-dək olan həftə ərzində yüklənməni başa çatdırıb. Lakin daha böyük yüklər limana gətirilmiş xam neftin həcminin artmasına səbəb oldu. Rusiya Asiya bazarlarına daha qisa məsafədə istifadə etmək üçün Qara dəniz limanından daşınmaları artırıb, bununla da Asiyaya göndərişlər artıb".

Məqalədə qeyd olunur ki, Rusiyanın Arktikadakı Murmansk limanında üzən anbarlardakı yüklər iyulun 1-dək artaraq, əvvəlki həftənin itkisinin böyük hissəsini bərpa edib. “Qazprom Neft”in “Umba” üzən anbarından yüklənən yüklər Rotterdama, “Lukoyl”un Kola bölməsindən yüklənən yüklər isə şirkətin Siciliyadakı neft emalı zavoduna gedir.

Müəlliflər yazırlar ki, Rusiyanın üç şərq neft terminalından - Kozmino, De Kastri və Priqorodnoye-dən xam neft axını həftəlik dəyişməyərək sutkada 938 min barel təşkil edib. Səkkiz tanker, əvvəlki həftə ilə müqayisədə dəyişməyərək ESPO xam neftini Kozminoya yükləyib. Üçüncü yük isə iyulun 15-də şərq sahilindəki Paradip limanına çatmaq üçün Hindistana gedir.

"Saxalin 1" layihəsindən “Sokol” xam neftini emal edən "De Kastri"dən səkkizinci həftə ərzində heç bir yük daşınmadı. Terminaldan kənarda lövbər salmış iki servis tankeri boş qalır. Saxalin Brend markalı xam neft yüklü bir tankeri iyulun 1-dən bir həftə ərzində yüklənib və Çinin Çjouşan şəhərinə yola salınıb.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar