Menu

ABŞ Ermənistanda "Metsamor"-a alternativ tikə bilər

26.04.2024, 16:32
ABŞ Ermənistanda "Metsamor"-a alternativ tikə bilər

Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi üzrə texniki-iqtisadi əsaslandırmalar aparılır və ABŞ-nin müvafiq təşkilatları da bu işlərdə iştirak edir.

"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın İnfrastruktur Nazirliyi açıqlayıb.

Qeyd olunur ki, ekspertiza hansı texnologiyanın və hansı gücə malik elektrik stansiyasının respublika üçün daha səmərəli və iqtisadi cəhətdən sərfəli olacağını anlamağa imkan verəcək.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ nüvə enerjisinin inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsində Ermənistana dəstək verməyə hazır olduğunu bəyan edib.

Hazırda Ermənistan elektrik enerjisinin əhəmiyyətli hissəsini Rusiyanın nəzarətində olan "Metsamor" AES vasitəsilə əldə edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol