Türkiyə və İtaliya liderləri Ukraynadan taxıl ixracını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib. "Report" bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Tərəflər Rusiyanın apardığı müharibədə Ukrayna ilə həmrəy olduqlarını və bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

Onlar Ukraynada sülhün tezliklə bərqərar olması üçün səylərini davam etdirmək barədə razılığa gəliblər.

Ukraynadan taxıl ixracına maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayan tərəflər BMT və digər müvafiq təşkilatlarla oxşar humanitar məsələlərdə birgə işləmək əzmində olduqlarını bir daha bəyan ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar