Böyük Britaniyada 2 nazir istefa verib

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Rişi Sunak bildirib ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm" - deyə o, bildirib.

Səhiyyə naziri Sacid Cavid isə Baş Nazirə ünvanladığı məktubunda deyib: "Böyük təəssüf hissi ilə deməliyəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm. Mən instinktiv olaraq komanda oyunçusuyam, lakin Britaniya xalqı da haqlı olaraq hökumətdən dürüstlük gözləyir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar