Menu

Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

06.07.2022, 17:38
Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

Böyük Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar. Sənədi ilk təsdiq edən dövlət Kanada olub.

Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol