Menu

Rus ordusu HİMAR sistemlərini vurub? - Ukrayna Silahlı Qüvvələrindən rəsmi açıqlama

06.07.2022, 18:19
Rus ordusu HİMAR sistemlərini vurub? - Ukrayna Silahlı Qüvvələrindən rəsmi açıqlama

"Rus təbliğatçıları ABŞ-ın Ukrayna ordusuna göndərdiyi uzaq məsafələrdəki hədəfləri dəqiqliklə vura bilən HIMARS artilleriya sistemlərini məhv etməsi barədə xəbərlər tirajlayırlar. Nəzərə çatdırırıq ki, bu cür xəbərlərin heç bir əsası yoxdur və yalandır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Amerikalı tərəfdaşlar tərəfindən verilən HIMARS sistemləri daim strateji əhəmiyyətli düşmən mövqelərinə sarsıdıcı zərbə endirir, nəticədə işğalçı qoşunların texnika, heyət və təchizatı böyük itkilər verir. Yalnız təsdiqlənmiş mənbələrə etibar edin və bizə inanın!", - deyə məlumatda qeyd olunur.

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol