Menu

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara çağırış edib

08.07.2022, 12:41
Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara çağırış edib

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən "Report"a verilən məlumatda bildirilib ki, səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

"Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur", - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol