Daim yenilikləri ilə qazanma şansını artıran “Azərlotereya” ASC bol uduşlu “Zümrüd” ani lotereyasını təqdim edir.
Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC yeni “Zümrüd” ani lotereyasını satışa çıxardı.
“Zümrüd” ani lotereyasının ümumi uduş fondunun məbləği 33.500.000 AZN təşkil edir. Ən böyük uduş məbləği 100.000 AZN-dir. Bu məbləğ 10 ədəd biletdə təklif edilir. 15 ədəd biletdə isə 10.000 manat qazanmaq şansı var.
Qiyməti 5 AZN olan lotereya biletlərinin ümumi sayı 10.000.000, uduşlu biletlərin sayı isə 2.611. 525 ədəddir.
Bundan əlavə, “Azərlotereya” ASC-nin digər ani lotereya biletləri olan “10X”, “5X”, “Uğurlu 7”, “Qızıl”da 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı əks olunur. Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.


Şərhlər
Ay Azərlotereya,adə bəsdi dəə.Boş kağızları aylardı sırıya-sırıya durmusan millətə.Görürsən ki,daha inanan yoxdu o gərəksiz kağızlarda böyük uduşların olmağına,bir ucdan adlarını dəyişirsən.Ad dəyişməklə nolur ki?Hərdən bir-iki uduş qoy,millət içində ajiotaj yaransın da.Görüncə ki millət daha almır,başlayırsan şayiə buraxmağa ki,guya haralardasa bir-iki nəfər udub.Böyük uduşlu lotereyanı buraxan azərbaycanlı onu yad birisinə verər yəni?Tanıdığı birisinə verər ki,al,yarısı sənin,yarısı mənim.Bir daş altda,bir daş üstdə.Soruşan olsa filan yerdən almışam deyərsən.Vəssalam.O kadar yani.Bir də ki,5 manata,10 manata istiqraz olar,lotereya olmaz.Tez varlanmaq istəyiniz başadüşüləndi,amma hərdən o qazandıqlarınızdan doğrudan da bir-iki lotereyaya uduş qoyun ki,millətin inamı itməsin.Siz isə istəyirsiniz özünüz qazanasınız,millətə heç nə verməyəsiniz.Belə olmaz axı.
Azərlotereya 50 milyon gəlirin cəmi 2.6 milyonunu (5.2 faiz) uduşa verir?