Menu

Lavrov “G-20”liyin toplantısını yarımçıq tərk edib

08.07.2022, 13:24
Lavrov “G-20”liyin toplantısını yarımçıq tərk edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G-20”liyin toplantısını yarımçıq tərk edib.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində bildirib.

Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyəcək, habelə günü ikinic yarısında “G-20”liyin iclasına qatılmayacaq.

Qeyd edək ki, “G-20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarlaı ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.

Xatırladaq ki, iyulun 7-də qrupun xarici işlər nazirlərinin görüşü başlayıb.

Şərhlər

aqil 2022-07-08 15:26:38

gəlib Bakıda yüksək səviyyədə nahar edər, şəkildə çəkdirər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol