Menu

Əməkdar mədəniyyət işçisi vəfat edib

10.07.2022, 10:20
Əməkdar mədəniyyət işçisi vəfat edib

Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib. "Report"un məlumatına görə, o, 60 yaşında vəfat edib.

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ə. Çingizoğlu 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub.

Mərhum həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.

Şərhlər

Mustafa 2022-07-11 00:10:21

Allah rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol