Menu

ABŞ-ın birinci xanımının paylaşımına şərh yazan general işindən uzaqlaşdırılıb

10.07.2022, 12:21
ABŞ-ın birinci xanımının paylaşımına şərh yazan general işindən uzaqlaşdırılıb

ABŞ-ın istefada olan generalı Qari Voleski ABŞ-ın birinci xanımı Cil Baydenin tviterdəki paylaşımına istehzalı şərh yazdığına görə hərbi komandanlıqdakı işindən uzaqlaşdırılıb. “Report” xəbər verir ki, bu barədə bu barədə “USA Today” məlumat yayıb.

Prezidentin xanımı öz postunda ölkənin Ali Məhkəməsinin amerikalı qadınları abort hüququ ilə bağlı konstitusiya təminatından məhrum edən qərarını tənqid edib.

İraqda döyüşmüş Voleski şərhlərdə “Nəhayət qadının nə olduğunu başa düşdüyünüzə görə çox şadam” yazıb. Bundan sonra ABŞ ordusu onun davranışı ilə bağlı araşdırmaya başlayıb.

ABŞ Ordusunun sözçüsü Sintiya Smit bildirib ki, Voleski araşdırma aparılan müddət vəzifəsini yerinə yetirməyəcək. Təqaüddə olan general-leytenant orduda müxtəlif məsələlərdə məsləhətlər verib və saatda 92 dollar alıb.

Şərhlər

B.Qarabağlı 2022-07-10 17:14:28

Yüngül məslətçi rejimində aylıq məvacib 25024 manat (14720 ABŞ dolu) olur! İldırım sürətli müharibə alovuna girən müqəddəs şəhidlərlə yanaşı, maşallah, sağlıqda olan qəhrəman və generallarımız da az deyil? Halal olsun hamısına istədikləri həyat!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol