Menu

Sumqayıtda iki dost arasında dava düşüb - Biri ölüb

10.07.2022, 18:03
Sumqayıtda iki dost arasında dava düşüb - Biri ölüb

Sumqayıtda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Belə ki, iki dost arasında düşən mübahisə zamanı 1965-ci il təvəllüdlü İsrail Güliyev bıçaqlanıb. O, aldığı bıçaq xəsarətlərindən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2022-07-10 23:43:55

Nə qədər ki silah gəzdirmək və istifadə etmək ömürlük həbs edilməyəcək,belə cinayətlər ara verməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol