Menu

İraqda növbəti terror: polis generalı həlak oldu, 9 nəfər yaralandı

08.11.2014, 09:03
İraqda növbəti terror: polis generalı həlak oldu, 9 nəfər yaralandı

İraqın şimalındakı Bayci şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində polis general-mayoru həlak olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə noyabrın 7-də Livanın “Star” qəzeti yazıb.

İnsident zamanı 9 polis əməkdaşı yaralanıb. Nəşrin qeyd etdiyinə görə, Baycidə İraq təhlükəsizlik qüvvələri və “İŞİD” qruplaşmasının silahlıları arasında döyüşlər gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol