Menu

Sumqayıtda binada yanğın baş verdi

11.07.2022, 11:47
Sumqayıtda binada yanğın baş verdi

Sumqayıtda binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin iki otağında ev əşyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol