Menu

Britaniyanın yeni baş nazirinin məlum olacağı tarix açıqlandı

12.07.2022, 00:38
Britaniyanın yeni baş nazirinin məlum olacağı tarix açıqlandı

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. Bu barədə Mühafizəkarlar Partiyasının parlament komitəsi məlumat yayıb.

Məlumata görə, iyulun 12-də həm də baş nazir olacaq partiya sədri postuna namizədlərin irəli sürülməsinin başa çatacaq.

Seçki prosesinə isə iyulun 13-də başlanacaq.

Qeyd edək ki, hazırkı hökumət başçısı Boris Conson iyulun 7-də baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yeni baş nazir təyin olunana qədər vəzifəsinin icrasını davam etdirəcək. (Mənbə: lenta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol