Menu

Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər - Deputatlar Radaya təklif göndəriblər

12.07.2022, 17:37
Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər - Deputatlar Radaya təklif göndəriblər

Ukrayna parlamentinin üzvləri Aleksey Qonçarenko və Musa Maqomedov Ali Radaya yeni qanun layihəsi təqdim ediblər.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, deputatlar İçkeriya Çeçen Respublikasının müstəqilliyinin tanınmasını və bu məsələnin Volodimir Zelenskinin qarşısında qaldırılmasını təklif ediblər.

Deputatların təklifi artıq Ali Rada rəhbərliyinə təqdim edilib.

“İçkeriya Rusiyadan azad və müstəqil dövlət olmalıdır”, - deyə deputatların müraciətində deyilir.

Həmçinin, qeyd olunur ki, iki qanlı savaşla çeçen xalqını özünə tabe etdirməyə çalışan Moskva Çeçenistanın başına “quldur Ramzan Kadırovu” gətirib.

Deputat A.Qonçarenko Rada üzvlərini bu sənədin tezliklə qəbuluna səs verməyə və ABŞ, Avropa Birliyi ölkələrini də bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Xatırladaq ki, Putin Rusiya ordusunun Ukraynaya hücumundan öncə Donetsk və Luqanskdakı qondarma respublikaların “müstəqilliyini” tanıdıqlarını elan etmişdi.

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol