Menu

Rusiyanın Ermənistandakı poliqonunda yanğın baş verib

12.07.2022, 19:09
Rusiyanın Ermənistandakı poliqonunda yanğın baş verib

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, ərazidə tikinti materialları anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 nəfər canlı qüvvəsi hadisə yerinə yola düşüb.

Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol