Menu

Rusiyanın Çasovoy Yara raket hücumundan sonra ölənlərin sayı 43-ə çatıb

12.07.2022, 22:03
Rusiyanın Çasovoy Yara raket hücumundan sonra ölənlərin sayı 43-ə çatıb

Rusiyanın Ukraynadakı Çasovoy Yar şəhərinə raket hücumundan sonra ölənlərin sayı artmaqda davam edir. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti feysbukda məlumat yayıb.

Baş İdarənin əməkdaşları Çasov Yar şəhərində mərmi atəşi nəticəsində dağılmış 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 43 nəfərin, o cümlədən bir uşağın meyitini aşkar edərək çıxarıblar. Dağıntılar altından 9 nəfər xilas edilib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, binanın 420 tondan artıq dağılmış hissələri təmizlənərək sökülüb, işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol