Menu

"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı"

12.07.2022, 22:23
"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı"

"Öncə "Qarabağ"ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi: "Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol