Menu

Azərbaycanda şadlıq saraylarında menyular bahalaşıb - QİYMƏTLƏR

13.07.2022, 20:21
Azərbaycanda şadlıq saraylarında menyular bahalaşıb - QİYMƏTLƏR

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Şərhlər

dadaşyev 2022-07-13 14:54:24

Lap yaxşı olur düşüncəsiz topluma.Hələ az artırılıb.A balam,hər hansı bir restoranı və ya iri kafeni bir günlük icarəyə götürüb aşpazını da,musiqiçisini də,ofisiantını da özümüz niyə gətirmirik,salatını-yeməyini özümüz istədiyimiz kimi və istədiyimiz qədər niyə vermirik ki,saraylar da istədiyi qiyməti oxuyurlar?Şadlıq saraylarına on minlərlə manatı bir axşamlığa verib sonra on illərlə borc altında inildəmək xoşumuza gəlir hər halda.Halbuki ən gözəl toyu sovet vaxtındakı kimi restoran,kafe kirələyərək ləzzətlə həm də cəmisi 3-4 min manata keçirə bilərik.Həm əsl toy olar,dadı damağımızda qalar,pulumuz cibimizdə qalar,aləmə borclu olmarıq,həm də musiqiçilərin səsini istədiyimiz səviyyədə edə bilərik ki,qulağımız dağılmasın,beynimiz daşa dönməsin.Niyə bu qədər anlaqsız olduq biz bu məsələdə?Öz xeyrimizi soyuq ağılla qəti düşünəmmirik vallah.Heç nəyə və heç kimə gərək olmayan təkəbbürümüz qoymur adam kimi düşünməyə.Özümüz heç nəyik,təkəbbürümüz hər şey.Cırılırıq forsumuzdan.İmkan oldu olmadı,gərək mütləq şadlıq sarayında edək toyumuzu.Yoxsa camaat nə deyər?.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol