Menu

Moskvada FHN-in keçmiş rəis müavini saxlanılıb

13.07.2022, 15:02
Moskvada FHN-in keçmiş rəis müavini saxlanılıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş rəis müavini Andrey Quroviç Moskvada saxlanılıb.

“Müstəntiqlər Quroviç barəsində həbs-qətimkan tədbiri seçilənədək 48 saat müddətinə saxlayıblar. O, FHN-də işlədiyi dövrdə vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir”, - hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Quroviçin evində axtarış aparılıb. Onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşlarının da evlərində axtarış edilib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol