Menu

"Tarif Şurasına müraciət etməmişik" - “Bakı Metropoliteni”

13.07.2022, 15:46
"Tarif Şurasına müraciət etməmişik" - “Bakı Metropoliteni”

“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.

Bu, "Report"un sorğusuna cavab olaraq metroda gediş haqlarının artırılması ehtimalı ilə bağlı səhmdar cəmiyyətindən bildirilib.

"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.

Şərhlər

X 2022-07-13 16:25:21

Ən qorxulu qurum Tarif şurası

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol