Menu

GÖMRÜK KOMİTƏSİNİN VƏZİFƏLİ ŞƏXSİ İNTİHAR ETDİ - Rəsmi açıqlama + FOTO (Yenilənib)

14.07.2022, 18:46
GÖMRÜK KOMİTƏSİNİN VƏZİFƏLİ ŞƏXSİ İNTİHAR ETDİ - Rəsmi açıqlama + FOTO (Yenilənib)

Dövlət Gömrük Komitəsi gömrük şöbəsinin rəis müavini 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlunun özünü asaraq intihar etməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, təəssüf ki, belə bir hadisə yaşanıb:

“Hadisə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verib. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

***

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib. APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol