Menu

PKK tərəfdarı olan deputatın toxunulmazlığı ləğv olundu - Foto

08.11.2014, 10:12
PKK tərəfdarı olan deputatın toxunulmazlığı ləğv olundu - Foto

Qolke İŞİD əleyhinə keçirilən aksiyada terror təşkilatı PKK bayrağı qaldırıb

Almaiyalı deputat Nikol Qolkenin toxunulmazlığı ləğv olundu. ANS PRESS-in məlumatına görə buna, Qolkenin İŞİD əleyhinə keçirilən aksiyada terror təşkilatı PKK bayrağı qaldırması səbəb olub.

“Süddeutsche Zeitung” qəzetinin xəbərinə görə, bu barədə məlumatı Qolke şəxsi internet səhifəsində yayıb.

Qeyd edək ki, millət vəkilinin toxunulmazlığının ləğv olunmasından sonra Münhen prokurorluğu onun barəsində məhkəmə iddiası qaldırmağa qərar verib.

Xatırladaq ki, Nikol Qolke oktyabrın 18-də İŞİD-in Kobaniyə hücumuna qarşı keçirilən aksiyada PKK bayrağı qaldırıb və burda çıxış edib: Bu bayraq altında azadlıq, insan hüquqları və demokratiya üçün mübarizə aparılır” – deyə Qolke çıxışında bildirib.

Almaniya qanunvericiliyinə görə, separatçı kürdlərə aid PKK yasaqlanmış təşkilatlar siyahısındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol