Menu

Rusiya 26 ildən sonra Qran-pridən məhrum olub

14.07.2022, 18:54
Rusiya 26 ildən sonra Qran-pridən məhrum olub

Fiqurlu konkisürmə üzrə Rusiya Qran-Prisi 1996-cı ildən sonra ilk dəfə baş tutmayacaq.

"Report"un məlumatına görə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) növbəti mövsüm üçün Qran-pri təqvimini təsdiqləyib.

Rusiya mərhələsi siyahıya daxil edilməyib. Əvəzində, yarış 25 - 27 noyabrda Finlandiyanın Espoo şəhərində baş tutacaq.

Qeyd edək ki, daha əvvəl ISU Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı turnirləri ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol