Menu

“Anlayırsınızmı, Rusiya hara qədər enib?...” – Piontkovski

15.07.2022, 16:43
“Anlayırsınızmı, Rusiya hara qədər enib?...” – Piontkovski

Rusiya Federasiyası İrandan pilotsuz uçaq almaq istəyib, amma imtina cavabı alıb.

Rusiyanın İrandan pilosuz uçaqlar almaq və onlardan Ukraynaya qarşı müharibədə iştifadə etmək istəyi barədə xahişi Moskvanın acınacaqlı situasiya ilə üzləşdiyindən xəbər verir.

Bu fikri rusiyalı publisist Andrey Piontkovski səsləndirib («Kanal 24»).

«Anlayırsınızmı, Rusiya hara qədər enib? Bu az imiş kimi, o Çinin «astarına» çevrilib, indi də texnologiya məsələsində İrandan asılı qalıb» - o, qeyd edib.

Piontkovskinin sözlərinə görə, İrandan imtina cavabı alaraq, Putin növbəti beynəlxalq «şapalaq» alıb ki, son vaxtlar onun üçün ənənə halına çevrilib: «O zaman Peskov (Putinin mətbuat katibi) məcbur olub elan edib ki, «biz, buna hazırlaşmamışıq».

Xatırladırıq ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin beşinci ayında İran bəyan edib ki, ukraynalılara qarşı döyüşmək üçün Rusiyaya pilotsuz uçaqlar satmayıb. İran Xarici İşlər Nazirliyində inandırıblar ki, ölkə döyüş səhnəsində yeni gərginliklərə səbəb ola biləcək addımlardan çəkinir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol