Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 874 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 650 nəfərdir.
Ölkədə son sutka ərzində 2 410, hazırkı dövrədək isə 6 996 835 test aparılıb.


Şərhlər
Bu gün dünənkindən bir az aşağıdırsa demək sabah bu günkündən və dünənkindən xeyli çox olacaq,ikiyüzü də keçə bilər,ölüm sayı da üçdən çox olacaq məntiqlə,çünki dünən üç olmuşdu.Haradasa 7-10 arası.Birdəncə çox abartmaq olmaz.Yaxşı deyil.Amma vaxt azdı,hərəkət eləmək lazımdı,boş dayanmaq olmaz.Ayın sonuna yarımca ay qalıb axı.