Menu

“Britaniyalı pilotlar Rusiya ordusu ilə döyüşə hazırdır” - HHQ komandanı

16.07.2022, 14:03
“Britaniyalı pilotlar Rusiya ordusu ilə döyüşə hazırdır” - HHQ komandanı

Britaniya HHQ komandanı qeyd edib ki, Moskva getdikcə daha çox aqressiv olur.

Böyük Britaniya hərbi-hava qüvvələrinin (HHQ) komandanı Mayk Viqston bəyan edib ki, Britaniyanın qırıcıları Rusiya təhdidinə hazırdırlar.

Bu barədə o, «Sky News» efirindən danışıb. “Böyük Britaniyanın hərbi təyyarələri və pilotları döyüşə hazırdırlar, əgər Putinin silahlı qüvvələri ölkə və onun müttəfiqləri üçün təhdid yaradarsa” - o, deyib.

«Londonun Rusiya ilə birbaşa münaqişəsi nə qədər ehtimal olunandır» - sualına cavabında Britaniya HHQ komandanı qeyd edib ki, Moskva getdikcə daha çox aqressiv olur.

«Biz, mənim nəzərimcə, Avropanın təhlükəsizliyi üçün təcavüzdən çıxan nəticələrə hazır olmalıyq» - Viqston qeyd edib.

Bu, o deməkdirmi ki, Britaniya HHQ gerçək döyüşə hazır olmalıdır? O, deyib: «Mən, şübhə etmirəm ki, Rusiya Böyük Britaniya və Avropanın təhlükəsizliyi üçün ən təxirəsalınmaz təhdiddir - sadəcə, onun təkcə Ukraynadakı davranışına yox, həm də Gürcüstandakı fəaliyyətinə baxın».

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-07-17 09:00:04

Putin yaxşı bilir ki,həmin Britaniya və ABŞ hitler Almaniyasını məğlub edib verdi Rusiyaya..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol