Menu

SƏFƏR MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident sərəncam imzalayıb

16.07.2022, 16:30
SƏFƏR MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident sərəncam imzalayıb

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olub.

1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.

2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlaylb.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilib.

30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Şərhlər

Amon 2022-07-17 21:34:01

Memur monopoliyasi aradan qaldirilmasa reqabet mecellesi qebul olunmasa ve azerbaycan umumdunya ticaret teskilatina uzv olmasa(bir turkmenistan birde biz uzv olmamisiq memur monopoliyasi sebebinden istemirik halbuki ustunlukleri heddinnen artiq coxdu) ne qeder seferler gelib getsede mumkun deyil duzelmeyecek

TARIX 2022-07-17 18:12:32

SAĞ ƏLİ SAHİL BABAYEVİN BAŞINA.

Senan 2022-07-17 16:26:18

Şukur. Çox gozəl serancamdi.

Veteran 2022-07-17 14:46:01

Kömrük sistemini təmizləmək lazımdır.

Rərvin Salayev 2022-07-17 12:31:54

Səfər mehsiyevin gözləri onun savadsız və avam olduğuna dəlalət edir.İnanmayan Psixoloqladan soruşsun....

Cəmşid Dərələyəzli 2022-07-16 21:05:26

Neçə vaxtdı deyirik bu palanın altındakılara keçmək lazımdır , Yetər artıq palanın üstündəkiləri döymək (yəni tutmaq) Əslində belələri işdən qovulmaqla canını qurtarmamalıdır. Həm də haqlarında hüquqi işləmlər başladıb,, bütün əmlakları müsadirə edilməli, özləri isə göndərilməlidir qazamata. O ki qaldı Kömrük komitəsinə, bu qurum müstəqil bir qurum kimi illərdir özünü doğrultmur. Yaxşı olar bu qurum ləğv edilib, səlahiyyətləri verilsin ASAN xitmətə.

Şəfayət 2022-07-16 20:43:26

!990--cı ildə kolxozda (Naxçıvanda) sürüçü iləyən bir savadsız necə olur ki,9 il sonra Azərbaycanda -Bakıda Gömrük inspektoru olur?Qısa müddərdə General rütbəs alır və gömrükdə rüşvət yığır.?

Hafiz Quliyev 2022-07-16 20:31:51

Sədər bəy kompüterdə topladığı rüşvətləri yazırmış?

Vətəndaş 2022-07-16 20:07:34

Bunun heç ağıllı başlı təhsili də yoxmuş ki! Gah Türkiyə,gah magistrarturgah BDU Bu nə oyunbazlıqlardır?.....

rasim quliyev 2022-07-16 19:52:30

.... adlarini yaza bilmirler amma gomrukde vezifede ishleyirler.85-90 bal yiganlari gonderirler rayonlara.Ona gore kolxozu qurtarani qoyurlar mudir

Azərbaycanlı 2022-07-16 17:42:56

Bu Səfər getdi indi də başqa bir Səfər gələcək .....Allah bunun qarşısını alsın

Taleh 2022-07-16 17:37:24

....Xirtdəyinə kimi rüşvətin içindəydi, bu boyda ölkə gömrüyünü dədəsinin kontoru kimi işlədirdi, bir kəndin canavar sürüsünün külli ixtiyarına vermişdi amma hər dəfə mübarək ağzını açanda təmizlikdən nağıl danışırdı.

Xalq 2022-07-16 17:29:23

Ne deyişecek.ğelen ğedene rehmet oxutdurur

İqbal 2022-07-16 17:28:28

Təzə gələn ondan da betər olacaq. Mağıl bular yeyib doyub. Gənc kadr - gənc kadr demirdi? Sahil Babayevi Rozaya ev verir, deputatı da tik tokda şir göndərir

pensioner 2022-07-16 17:23:21

C.Məmmədquluzadənin məşhur kəndi daha general istehsal etməyəcək?

Elbəyi Qasımov 2022-07-16 16:47:16

Bəs yığdıqları?

dadaşyev 2022-07-16 16:47:08

Bax,niyə gözləyirdin ki, sərəncamla azad ediləsən?Niyə?Niyəəə?A balam,bu nə vəzifə xəstəliyidi bizdə?Görmədinmi neçə yüksək vəzifəli gömrük işçisi həbs olundu?Gömrük Komitəsinin sədri də sən deyildinmi?Onların rəisi sən deyildinmi?Sənin himayən altında işləməmişdilərmi onlar?Elə isə,nəyi gözləyirdin?Niyə özün istefa vermirdin?İngiltərənin baş nazuru Conson vəzifədə ola-ola 40-a yaxın nazir istefa vermədimi?Heç birisinin də nazirliyindən heç kim həbs olunmadığı halda istefa vermədilərmi?Sənin rəhbər olduğun Komitədən isə general həbs edildi,sən isə kreslondan qalxmaq istəmədin?Məndən ötdü,qardaşıma dəydi.Gördünmü ötmədi.Sənə də dəydi.Çünki sən idin o işçilərin hamısının düzgün çalışmalarına cavabdeh.İstefa verməməklə bəlkə bildirmək istəyirdin ki,guya sənin xəbərin yoxmuş onların əməllərindən?O daha pis.Demək o posta yaramırmışsan.Yaramadığın üçün də vəzifənə davam etmək istədin deyə hörmətli cənab Prezidentimiz səni işdən azad etdi.Bu kadar basit yani.

Vətəndaş 2022-07-16 16:41:50

30 ildir Kömrük çiblərə ofşorlara iuşləyir....

Ququlu 2022-07-16 16:40:27

getsin qarpizini satsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol