“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.
Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.
Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:
”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.
“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.
”Oldu, təşəkkür edirəm, sağ olun” deyən Mehdiyev telefonun dəstəyini asıb.

Şərhlər
insan utanar....
Bunların əməlləri uzun illərdir ki, hər bir kəsə məlumdur....
Əgər imtahan götürən də Nehrəmli olarsa.........
Gömrükdə baş verən əcaiblikləri millətin bilməyə haqqı var,millət də bunu müxbirlərdən öyrənir,səndən soruşmasın da kimdən soruşsun bədbəxt müxbirlər?Komitənin yanından keçən marşrutka şoferlərindənmi soruşsun?Hər bir idarə rəhbəri o idarənin fəaliyyəti,o idarədə olub bitənlər haqqında milləti məlumatlandırmağa borcludur.Belə bir qanun vardır.Gömrük Komitəsi qapalı,sekretnı hərbi zavod deyil ki,nə istehsal edildiyi gizli saxlanılsın.Rəhbərliyin altında işləyən generallar həbs olunub,millət bilməli deyilmi nə hadisə baş verib?Sərəncam barədə soruşmurlar ki səndən,sərəncam verənin xoşuna gələcək tərzdə cavab verirsən.Sərəncamın verilməsinə səbəb olan hadisələr barədə soruşurlar.O hadisələrdən danışmaq sərəncamı müzakirə etmək deməkdirmi yəni,cavabdan qaçırsan?Türkiyənin “CNN Türk”,”Haver Qlobal” və sairə kanalları hər axşam saatlarla gün ərzində Türkiyədə olub bitənlərdən,Ərdoğanın dediklərindən,sərəncamlarından,Məclisin spikerindən,nazirlərdən,bələdiyyə başçılarından,nələrdən-nələrdən danışırlar!Saatlarla müzakirə edirlər.Filan qərar belədir,filan sərəncam isə o cür yox bu cür olsa daha yaxşıydı-filan.Nolur yəni,yıxılırmı dağılırmı Türkiyə müzakirəyə açıq olanda hər şey?Beləcə türk milləti gündəlik olaraq Türkiyədə yüksək dairələrdə olub-bitənlərdən məlumatlı olur.Ona görə də orada cürbəcür əndrəbadi şayiələr,həqiqətdən uzaq məlumatlar ayaq açıb yerimir.Televiziya hər şeyi güzgü kimi açıb göstərir.Bizdə isə televiziya yalnız müğənnilərin dəf-dumbul çalmaları üçündü,aşıqların sazı paçalarının altından keçirib şıllaq ata-ata qaratoyuq kimi oynamaları üçündü,aparıcıların şpaqat açmaları üçündü,komediya adıyla sırınan hırıldaşmalarda gülərkən ağzın kalibrini begemot kimi son həddə qədər açaraq udlağın titrəyişini göstərmək üçündü,çünki sovetdən qalma qul psixologiyamız ruhumuza elə hopub ki adam kimi düşündürücü verilişlər hazırlamağa 37-ci ildəki kimi məşum bir qorxu var içimizdə,yüz ilə də çıxmaz canımızdan.”Tutarlar,asarlar,kəsərlər,kresloqarışıq atarlar,obyektlərimi əlimdən alarlar”.21-ci əsrdə nə gündəyik də,ay amaaan!Elə bil durğunluq dövründəyik.Məmurlarımızın da sözü bu olur ki belə məsləhət görülüb ona görə işdən çıxarılmışam,müzakirə edəmmərəm-filan.Yaxşı,bəs televiziya lal,radio lal,müxbirlərə cavab verilmir,elə isə millət nəyin necə olduğunu haradan öyrənməlidi?
Bir ovuc ölkəmizin bir-aşağı SAQQAL, yuxarı da BIĞDIR postulatı var. Özəllərə təsadüfi özgə düşsə də kəsərsiz ötürərlər. Hələ nəhəng SSRİ nəzarətində belə normal işləməyən müəssisələr, xətalı gömrük və şünhəli maliyyə əməliyyatları da az deyildi? Vətəndaşlarımızı amansız terrorla məhv edənləri illərlə ram edə bilmiriksə bu xətaları necə yox edək?
İndi yəqin ki 1-2 aşağı səviiyəli məmur həbs edib yüzlərlə talanmış milyarların dalına keçəcəklər və bu işin başını bağlayacaqlar.
Görəsən bu neçə milyard atıb biz millətə?
Insallah ki selim muslumov sahil babayev kimi olmaz bu qurumun geleceyi
Heç şübhəsiz, millətin haqqını yeyənlərin bir gün burnundan gələcək, heç şübhəsiz! Allah zalımların belini qırsın!
Təkəbbürlük, yekəxanalıq, eqoistlik, özündən razılıq savadsızlığın, səbatsızlığın, görməmişliyin tipik nümunəsi Səfər Mehdiyev.. Sanki demək istəyir ki, " açaram sandığı, tokərəm pambığı" Beləsi həmişə xəyanətə hazır olur. Ancaq xox gəlməkdən uzağa getməyə ...ləri çatmazlar. Ey Səfər! Bundan sonra səfərin ha yanadır, onu düşün?! Sənin kimilərin çoxu xox gəldi. Noooldu...
Hamsinda seferin de eli olub
Neçə vaxtdı deyirik bu palanın altındakılara keçmək lazımdır , Yetər artıq palanın üstündəkiləri döymək (yəni tutmaq) Əslində belələri işdən qovulmaqla canını qurtarmamalıdır. Həm də haqlarında hüquqi işləmlər başladıb,, bütün əmlakları müsadirə edilməli, özləri isə göndərilməlidir qazamata. O ki qaldı Kömrük komitəsinə, bu qurum müstəqil bir qurum kimi illərdir özünü doğrultmur. Yaxşı olar bu qurum ləğv edilib, səlahiyyətləri verilsin ASAN xitmətə.
Kimse yuxuda gorurse.Sefer Mehdiyev Siz deyildiz deyen 1 manat rusvet goturmurler.Bes bu hebsler nedir .Boyuk tikeni yeyin amma Boyuk danishmayin
Bəs yığdığı rüşvət.oğurluqlar7rRüşvətlə başına yığdığI 1800 Nehrəmlilər7 GÖMRÜYÜ ONLARA TAPŞIRANLAR?
Gomrukde bu qeder Nehrem kendini getirmishdiler.Indi imtahan kecirsinler baxsinlar ordan nece nefer vere bilir imtahani.