Menu

Sumqayıtda dənizdə 2 nəfər batıb

17.07.2022, 20:53
Sumqayıtda dənizdə 2 nəfər batıb

Sumqayıtda dənizdə 2 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol