ABŞ Dövlət Katibi Blinken iki gün əvvəl Tiflisdə baş tutan Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirib.
“AzPolitika.info” ABŞ səfirliyinin yaydığı məlumata istinadən bildirir ki, Blinken deyib: "Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü müsbət addım kimi qiymətləndirmək olar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında olan fikir ayrılıqlarının həlli üçün ən etibarlı yoldur".
Xatırladaq ki, düenən Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, C.Bayramovun bölgədə sülh və tərəqqinin təmin edilməsi, kommunikasiyaların açılışı, delimitasiya, gələcək sülh müqaviləsi üzrə işə başlanılması haqda Azərbaycanın mövqeyini və atılan addımları qarşı tərəfin diqqətinə çatdırdığı qeyd edib. Həmçinin tərəflərin öhdəliklərinin tam icrasının vacibliyi də vurğulanıb.
Nazirlikdən bildirilir ki, K.Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
“AzPolitika.info”


Şərhlər