Menu

Qərb Rusiya casus şəbəkəsinin ifşasına hazırlaşır – Bəs Azərbaycan?

18.07.2022, 17:58
Qərb Rusiya casus şəbəkəsinin ifşasına hazırlaşır – Bəs Azərbaycan?

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın casus şəbəkəsinin ifşa olunmasını da aktuallaşdırdı. Ukrayna, Gürcüstan və Qərbdə Rusiya casus şəbəkəsinin ifşa olunması istiqamətində addımlar atılır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Xəqani Cəfərli bildirib.

“Bolqarıstanlı jurnalist, araşdırmaları ilə məşhur olan “Bellingcat” qrupunun rəhbəri Xristo Qrozev Ukraynadakı rus casuslarının siyahısını hazırlayır. Xristo Qrozev Kremlin satın aldığı 600 avropalı siyasətçinin siyahısını da dərc edəcəyini bildirib”,-təhlilçi qeyd edib.

X.Cəfərlinin sözlərinə görə, Gürcüstan müxalifəti də Rusiyanın casus şəbəkəsinin ifşa edilməsini mübarizəsinin əsas istiqamətlrindən birinə çevirib: ““Aqmaşenebeli Strategiyası”nın lideri Georgi Vaşadze, Gürcüstanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığını yerinə yetirənləri ifşa etməyə başlayıb. Vaşadze bildirib ki, Rusiyanın casus şəbəkəsi ABŞ-a və Avropa Birliyinə qarşı təbliğat aparır, Rusiyanın məğlubedilməzliyi mifini yayırlar.

Xristo Qrozev kimi Georgi Vaşadze də Rusiyanın casus şəbəkəsinin əsas hədəfinin Rusiyanın Ukraynadakı cinayətlərini ifşa edənləri nüfuzdan salmaq olduğunu qeyd edir. Vaşadze hesab edir ki, Rusiyanın casus şəbəkəsi bununla Moskvanın hərbi cinayətlərini məhkum edən ictimai rəyin yaranmasının qarşısını alırlar”.

X.Cəfərliyə görə, Rusiyanın casus şəbəkəsi özünü Azərbaycanda o qədər rahat hiss edir ki, Kremlin Ukraynada törətdiyi hərbi cinayətləri ifşa edən şəxsləri hədəf almaqdaaan çəkinmirlər.

“Təəssüf ki, hüquq mühafizə orqanları bununla bağlı hələlik heç bir tədbir görmür”- deyə, politoloq vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol