Menu

Parisdə atışma - Ölən və yaralananlar var + VİDEO

19.07.2022, 01:42
Parisdə atışma - Ölən və yaralananlar var + VİDEO

Parisdə atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.  İnsident şəhərin 11-ci rayonundakı qəlyan salonunda baş verib. Məlumatı şəhər meri Fransua Voqlin təsdiqləyib.

Hadisə şahidləri bildiriblər ki, iki naməlum şəxs avtomobillə obyektə yaxınlaşaraq girişdə oturan iki nəfəri güllələyib.

Qəlyan salonunun qonaqları hücum edənlərdən birini saxlaya biliblər. İkincisi şəxs isə qaçmağa müvəffəq olub. Hazırda onu polis axtarır.

Cinayətin motivləri hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol